hia.az
hia.az

Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq

21 dəfə baxılıb 9-09-2026, 17:54

Sabah Zərdabda suyun verilişində məhdudiyyət olacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Külüllü–Zərdab magistral su xəttinin 11-ci km-də diametri 400 mm olan dəmir boruda qəza baş verib. Hazırda qəzanın aradan qaldırılması ilə bağlı hazırlıq işləri aparılır.

Qəzanın aradan qaldırılması işlərinin həyata keçirilməsi ilə əlaqədar sentyabrın 10-da saat 07:30-dan etibarən Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Zərdab şəhərinə suyun əvvəlki rejim üzrə verilməsi 24 saat ərzində bərpa ediləcək.

Xidmət yaranmış müvəqqəti narahatlıqla əlaqədar abonentlərdən anlayış göstərmələrini xahiş edir, göstərdikləri səbrə görə təşəkkür edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi