hia.az
hia.az

Məktəbli formalarının satış ünvanları açıqlandı

29 dəfə baxılıb 7-08-2024, 12:54

Məktəbli formalarının satış ünvanları açıqlandı

“Vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması, əlçatanlığın təmin edilməsi məqsədi ilə vətəndaşlar aşağıda qeyd edilən, eləcə də ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən istənilən satış məntəqələrinə müraciət edə bilərlər”.

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, valideynlər bu keçid - https://shorturl.at/6ptf0 vasitəsilə məktəbli formalarının satış məntəqələri barədə məlumat əldə edə bilərlər.

Siyahıda adlarının qeyd edilməsini istəyən digər sahibkarlıq subyektləri məntəqənin yerləşdiyi ünvan və əlaqə vasitələri ilə bağlı mektebliformasi@mutda.edu.az ünvanına məlumat verə bilərlər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi