hia.az
hia.az

İRADƏ GÜLMƏMMƏDOVA KİMİ PREZİDENT OLARAQ TANIYIR?

288 dəfə baxılıb 26-11-2018, 14:52

İRADƏ GÜLMƏMMƏDOVA KİMİ PREZİDENT OLARAQ TANIYIR?
Abşeronun icra başçısının Heydər Əliyevin posterlərini rayondan yığışdırması qəribə vəziyyət yaradıb
Abşeron rayonunda Zakir Fərəcovun ölənlərinə rəhmət oxumağa başlayıblar. Buna səbəb isə yeni icra başçısı İradə Gülməmmədovanın yarıtmaz idarəçiliyidir, bunu rayon sakinləri deyir.
Onlar bildirirlər ki, rayonda Zakir Fərəcovun dövründə ev inşa etdirmək elə də çətin deyildi. Bunun üçün İcra Hakimiyyətinə rəsmi qaydada müraciət etmək kifayət edirdi.«Düzdür, onun dövründə də pul alınırdı, konkret qiymətlər vardı. Həmin pulu ödəmədən daşı daş üzərinə qoymaq mümkün deyildi. Amma yenə də insafı vardı. Qiymətləri indiki qədər yüksək deyildi».
Rayon sakinləri bildirirlər ki, hazırda Xırdalan şəhərində inşa etdirmək üçün hər kvadrat metrə 50 manat pul tələb olunur. İkimərtəbəli bina tikmək istəyən sakin təkcə icazəni almaq üçün 10 min manat verməlidir ki, bu da tikintinin 1/3-nin xərci anlamına gəlir. «İradə Gülməmmədova icra başçısı təyin olunandan sonra şəhərdə bu qiymət kvadrat metr üçün 50 manata qaldırıldı. Digər yerlərdə isə minimum qiymət kvadratmetr üçün 20 manatdan başlayır. Abşeron İcra Hakimiyyəti Memarlıq və Tikinti İdarəsi açıq bazardır. Pul alan da, istəyən də bir adamın adını çəkir: icra başçısının».
Qeyd edək ki, İradə Gülməmmədovanın siyasəti də yoxdur. Elə bu səbəbdəndir ki, Abşeron rayonunda hətta Heydər Əliyevə belə sayğısızlıq edilir. Məsələn, bir müddət əvvəl Xırdalan şəhərində uzunmüddətdən bəri ucaldılmış Heydər Əliyevin posteri müəmmalı şəkildə yoxa çıxarılıb. İndiyə qədər də yerinə qoyulmayan posterlə bağlı İcra Hakimiyyətinin tutarlı açıqlaması belə olmayıb.
İradə Gülməmmədova bütün çıxışlarında sabiq prezident Heydər Əliyevi yerlə-göy arasında tərifləsə də, bunu əməli işində göstərə bilmir. Maraqlıdır ki, heç prezident İlham Əliyevin də rayon səviyyəsində təbliğatı da normal şəkildə aparılmır. Bəzən işlədilən ifadələr fərqli asosasiyalar yaradır. Hətta elə hallar da yaşanır ki, xanım Gülməmmədovanın prezidentinin İlham Əliyev deyil, başqa birisi olduğu düşüncəsi yaranır.
Qarşı tərəfi də dinləməyə hazırıq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi