hia.az
hia.az

Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb

18 dəfə baxılıb 28-08-2026, 09:07

Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatıb

Nepalın şimal ərazilərində daşqınlar 469 nəfərin həyatına son qoyub.

Bu barədə "Report" Nepal polisinə istinadən xəbər verir.

"469 nəfərin meyiti tapılıb, 1 545 nəfər yaralanıb və ya xilas edilib", - hüquq-mühafizə orqanlarının son hesabatında bildirilir.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əməliyyata Nepal Ordusu, Silahlı Polis Qüvvələri və Nepal Polisindən 13 295 nəfər cəlb olunub. Xilasedicilər dağıntıları təmizləyir və insanları yerin altından çıxarırlar.

Nepal Baş naziri Balendra Şah vəziyyətin gərgin olaraq qaldığını bildirib. Onun sözlərinə görə, hakimiyyətin əsas prioritetləri insanların xilas edilməsi, itkin düşmüş şəxslərin axtarışı, yaralılara tibbi yardım göstərilməsi və fəlakətdən zərər çəkmiş ailələrə dəstək olmaqdır.

Xatırladaq ki, avqustun 26-da səhər Nepalın şimalında güclü daşqın baş verib. İlkin məlumata görə, buna səbəb "Rasuvaqadi" sərhəd keçid məntəqəsindən təxminən 20 kilometr şimal-şərqdə Nepal-Çin sərhədində baş verən qaya uçqunu olub. Yüzlərlə insan, o cümlədən təxminən 500 xarici vətəndaş itkin düşüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi