“Qarabağ”ın üzvü rəmzi komandada
“Sofascore” statistik portalı UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarının rəmzi komandasını açıqlayıb.
Rəmzi 11-likdə “Qarabağ”ın futbolçusu Yassin Benzia da yer alıb.
Bakıda “Bayer”lə heç-heçə etdikləri (2:2) görüşdə 90 dəqiqə meydanda olan əlcəzairli yarımmüdafiəçi oyunda ilk qolu vurub.
Qapıçı: Noa Atubolu (“Frayburq”);
Müdafiəçilər: Evan Ndika (“Roma”), Şansel Mbemba-Manqulu (“Marsel”), Canluka Mançini (“Roma”);
Yarımmüdafiəçilər: Yassin Benzia (“Qarabağ”), Stefan El-Şaaravi (“Roma”), Aleksis Makallister (“Liverpul”), Anxel Di Mariya (“Benfika”);
Hücumçular: Pyer-Emerik Obameyanq (“Marsel”), Canluka Skamakka (“Atalanta”), Darvin Nunyes (“Liverpul”).
Xatırladaq ki, “Qarabağ”ın hücumçusu Olavio Juninyo isə həftənin ən yaxşı futbolçusu adına 4 namizəddən biridir.
« Şubat 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Pt | Sa | Çr | Pr | Cu | Ct | Pz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 |