hia.az
hia.az

Oğlunu acından öldürən ana Azərbaycana qaçdı - ŞOK OLAY

195 dəfə baxılıb 28-12-2023, 13:04

Oğlunu acından öldürən ana Azərbaycana qaçdı - ŞOK OLAY

Kaluqada azyaşlı oğlan acından ölüb.

Hia.az Rusiya mediasına istinadla bildirir ki, anası onu müalicə etmək məqsədilə ac saxlayıb.

Məlumata əsasən, Kaluqa Regional Məhkəməsi uşaqlarını müalicə etmək üçün yeməkdən məhrum edən qadına qarşı hökm çıxarıb. O, 2018-ci ilin may ayından 2019-cu ilin fevral ayına kimi azyaşlı övladlarını adekvat qidalanmadan məhrum etməkdə, nəticədə oğullarından birini qidalanmadan öldürüb, digər ikisinin səhhətinə orta ağır zərər vurmaqda ittiham edilib. O, ümumi rejimli koloniyada 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hazırda qadın beynəlxalq axtarışdadır. O, ailəsini qoyub Azərbaycana qaçdığı üçün cinayət işinə təqsirləndirilən şəxsin iştirakı ilə məhkəmə tərəfindən baxılıb. O, həbs olunduğu andan cəzasını çəkməyə başlayacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi