hia.az
hia.az

Üç yaşlı Xədicə qaynar suda yanıb: “Bint almağa belə, imkanımız yoxdur” - FOTO

97 dəfə baxılıb 28-10-2023, 11:30

Üç yaşlı Xədicə qaynar suda yanıb: “Bint almağa belə, imkanımız yoxdur” - FOTO

Üç yaşlı körpə bədbəxt hadisə ilə üzləşib.

Bu barədə onun anası Kəmalə Ruşanova məlumat verib.

O qeyd edib ki, 2020-ci il təvəllüdlü övladı Xədicə Ruşanzadə ağır yanıq xəsarətləri alıb:

“İyulun 19-da biz Ucarda yas mərasimində iştirak edirdik. Bu zaman qızım bir qıraqda dayanmışdı. Ondan bir az aralıda odun sobasının üzərində qaynayan çaydan qəfil partladı və qızımın başına dəydi. Biz Xədicəni dərhal Bakıdakı xəstəxanaya çatdırdıq.

Xədicə bir müddət xəstəxanada müalicə alsa da, maddi vəziyyətimiz yaxşı olmadığı üçün onun müalicəsini yarımçıq saxlamağa məcbur olduq. Hazırda, inanın, nəinki dərman, bint almağa belə, imkanımız yoxdur. Borc istəməyə də heç kimimiz qalmayıb. Yardımsevər şəxslərdən bizə bu çətin vəziyyətdən çıxmaq üçün dəstək olmağı xahiş edirəm. Xədicənin dərmanlarını almaq üçün hazırda 800 manata ehtiyacımız var”.(Gundelikxeber.az)

Ailə ilə əlaqə: (077) 518-30-31

Üç yaşlı Xədicə qaynar suda yanıb: “Bint almağa belə, imkanımız yoxdur” - FOTO
Üç yaşlı Xədicə qaynar suda yanıb: “Bint almağa belə, imkanımız yoxdur” - FOTO
Üç yaşlı Xədicə qaynar suda yanıb: “Bint almağa belə, imkanımız yoxdur” - FOTO





XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi