hia.az
hia.az

Putin dedi ki, Ukrayna ordusu çox güclüdür - Orban

151 dəfə baxılıb 29-06-2023, 11:52

Putin dedi ki, Ukrayna ordusu çox güclüdür - Orban

Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasına iki-üç həftə qalmış prezident Vladimir Putin Macarıstanın baş naziri Viktor Orbana Ukrayna ordusunun çox güclü və yaxşı hazırlıqlı olduğunu bildirib.

Bu barədə Orban Almaniyanın "Bild" nəşrinə müsahibəsində danışıb.

Macarıstanın baş nazirinin sözlərinə görə, Putinlə görüşdə onlar Ukrayna haqqında çox danışıblar. Rusiya prezidenti qeyd edib ki, Ukrayna ordusu Qərb ölkələri tərəfindən yaxşı təchiz olunub, Ukrayna əsgərləri isə yaxşı təlim keçiblər.

"Putin bildirib ki, hərbi münaqişə başlayarsa, bu, çox çətin olacaq", - Orban deyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi