hia.az
hia.az

“Azərişıq”: Güclü küləklə əlaqədar heç bir şikayət daxil olmayıb

382 dəfə baxılıb 17-01-2019, 13:23

“Azərişıq”: Güclü küləklə əlaqədar heç bir şikayət daxil olmayıb
Kəskin hava şəraiti ilə əlaqədar ciddi qəzalardan yayınmaq üçün müəyyən ərazilərdə elektrik enerjisinin verilişinə qısa fasilələr edilib.

Bu barədə hia.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

O bildirib ki, əhalinin təhlükəsizliyi üçün əvvəlcədən zəruri tədbirlər görülüb:

“Bütün rayonlarda, Bakıda, eləcə də, Sumqayıt ərazisində baş idarələrdən tutmuş bütün əməkdaşlar gücləndirilmiş iş rejimində çalışıb. Bu məqsədlə qəza təhlükəsi hiss edilən ərazilərdə əməkdaşlar tərəfindən qabaqlayıcı tədbir alınaraq elektrik enerjisinin verilişində qısa fasilələr (10-15 dəqiqə) yaranıb.

Bu tədbirlər çox ciddi qəza və hadisələrin yaşanma ehtimalının qarşısının alınması məqsədilə gerçəkləşdirilib. Amma bununla əlaqədar vətəndaşlardan heç bir şikayət zəngləri daxil olmayıb. Hər şey qaydasındadır”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi