Əsəddən ərəb dövlətlərinə gözlənilməz müraciət
Ərəb dövlətləri daxili problemlərinin həlli üçün ictimai qurumlarla dialoq qurmalıdır.
hia.az TASS-a istinadən xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd bəyan edib.
“Bütün ərəb dövlətləri təxminən eyni problemlərlə qarşılaşır. Lakin böhrandan çıxış tapmaq üçün ilk növbədə ictimai qurumlarla dialoqunun yaradılması olmalıdır”, - deyə o vurğulayıb.
Əsəd qeyd edib ki, ərəb dövlətləri mütamadi olaraq çağırışlarla üzə-üzə qalırlar. Misal kimi o, Qərbin ərəb dövlətlərinin milli kimliyinə zərbə vurmaq cəhdlərini göstərib.