hia.az
hia.az

Şimali Koreyanın İtaliyadakı diplomatı yoxa çıxdı

314 dəfə baxılıb 5-01-2019, 12:26

Şimali Koreyanın İtaliyadakı diplomatı yoxa çıxdıŞimali Koreyanın İtaliyada müvəqqəti işlər vəkili Ço Son Gil səlahiyyət müddətinin başa çatmasına bir neçə gün qalmış yoxa çıxıb.

Unikal.org bildirir ki, bu barədə Cənubi Koreyanın kəşfiyyat xidməti ölkə parlamentinə məlumat verib. Bildirilib ki, Ço Son Gil 2017-ci il oktyabrın 9-dan Şimali Koreyanın İtaliyadakı səfirliyində çalışmağa başlayıb. Onun səlahiyyət müddəti 2018-ci il noyabrın 20-də başa çatacaqmış. Lakin Ço Son Gil həyat yoldaşı ilə birgə elə həmin ayın əvvəlində yoxa çıxıb.

Cənubi Koreya mətbuatı diplomatın dekabr ayının əvvəlindən Qərb ölkələrindən sığınacaq xahiş etdiyini və İtaliya hökumətinin himayəsində olduğunu yazıb.

İtaliya Xarici İşlər Nazirliyindən ANSA-ya bildirilib: "Şimali Koreyanın heç bir hökumət qulluqçusu İtaliyadan sığınacaq istəməyib".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi