hia.az
hia.az

Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsinin baş katibi istefa verib

81 dəfə baxılıb 17-04-2025, 10:47

Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsinin baş katibi istefa verib

Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsinin baş katibi Gerasim Mkrtçyanın istefası "qaz bandası" adlanan işlə bağlı ola bilər.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

İstefa ərizəsini təqdim etməzdən əvvəl Mkrtçyan qalmaqal yaradıb və öz postunu tərk etmək istəməyib. Komitədəki mənbələr iddia edirlər ki, onun işdən çıxarılmasının təşəbbüskarı strukturun yeni rəhbəri Artur Naapetyan ola bilər. Mənbələrin sözlərinə görə, onun başlatdığı genişmiqyaslı kadr dəyişikliyi prosesi çərçivəsində adları əvvəllər qalmaqallarda hallanmış əməkdaşlar ixtisar edilirlər.

Söhbət keçmiş deputat Naapet Gevorkyan, onun iki oğlu, həmçinin daha bir sabiq deputat Karo Karapetyannın oğlu Vilen Karapetyanın adlarının çəkildiyi araşdırmadan gedir. İddia olunur ki, onların hamısı uzun müddət qanundan kənar fəaliyyət göstərərək maye qaz bazarını nəzarətdə saxlayıblar.

Qəzetin yazdığına görə, sözügedən iş üzrə materiallar dərc edildikdən sonra 33 qazdoldurma məntəqəsi bağlanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi