hia.az
hia.az

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

16 dəfə baxılıb 30-07-2026, 10:08

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

Hindistanın şimal-şərqindəki Assam ştatında daşqınlar nəticəsində ölənlərin sayı 78-ə çatıb.

Bu barədə ştatın fövqəladə hallar idarəsinə istinadən Hindistan mediası məlumat yayıb.

Bildirilib ki, 300 mindən çox sakin fəlakət zonasındadır. Eyni zamanda, 551 yaşayış məntəqəsi su altında qalıb. Ən ağır vəziyyət təbii fəlakətdən 137 mindən çox insanın zərər çəkdiyi Çaraydeo dairəsində davam edir.

Daşqınlar yollara, yaşayış evlərinə, məktəblərə və digər infrastruktura ziyan vurub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi