hia.az
hia.az

Kanada Rusiya ordusunun Ukraynadakı hərəkətlərini soyqırımı kimi tanıdı

195 dəfə baxılıb 28-04-2022, 11:31

Kanada Rusiya ordusunun Ukraynadakı hərəkətlərini soyqırımı kimi tanıdı


Kanada Parlamentinin İcmalar Palatası Rusiya ordusunun Ukraynadakı hərəkətlərini soyqırımı kimi tanıyıb .

Hia.az "Reuters"ə istinadən verdiyi xəbərə görə, aprelin 27-də parlamentarilər müvafiq bəyanatı yekdilliklə dəstəkləyiblər.

Kanadalı qanunvericilər Moskvanın "insanlığa qarşı sistematik və kütləvi hərbi cinayətlərə" dair kifayət qədər sübutlar olduğunu bildiriblər.

İcmalar Palatasının bəyanatında deyilir ki, Rusiyanın hərbi cinayətlərinə kütləvi vəhşiliklər, ukraynalı mülki şəxslərin öldürülməsi, meyitlərin təhqir edilməsi, ukraynalı uşaqların zorla köçürülməsi, işgəncə və zorlamalar daxildir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi