hia.az
hia.az

Quterreş Kiyevdə Zelenski ilə görüşəcək

244 dəfə baxılıb 27-04-2022, 09:44

Quterreş Kiyevdə Zelenski ilə görüşəcək


Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş sabah Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Bu barədə BMT-nin Mətbuat xidməti məlumat yayıb.

"Quterreş Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı müharibəni müzakirə etdikdən sonra Kiyevə səfər edəcək", - məlumatda deyilir.

Polşa üzərindən Kiyevə gedəcək Quterreş Ukraynanın xarici işlər naziri Dmitro Kuleba və prezident Zelenski ilə görüşəcək.

BMT həmçinin bəyanatında Quterreşin Moskvaya səfəri zamanı Rusiya ilə Mariupol bölgəsindəki Azovstal zavodundan mülki əhalinin təxliyəsi barədə razılığa gəldiyini açıqlayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi