hia.az
hia.az

Mer xəstəxanaya yerləşdirildi

392 dəfə baxılıb 29-01-2019, 14:42

Mer xəstəxanaya yerləşdirildi
Kiyev meri, ukraynalı məşhur boksçu Vitali Kliçko Avstriyada xəstəxanaya yerləşdirilib.

Unikal.org xəbər verir ki, bu barədə Vitali Kliçkonun mətbuat katibi Oksana Zinovyeva məlumat verib.

O bildirib ki, Kliçko Sankt Yohann-in Trol şəhərində xəstəxanalardan birində həkim nəzarəti altındadır: “Vitali Kliçko Avstriyada müalicədən və reabilitasiyadan keçəcək. Onun keçmişdə kürəyindən aldığı zədənin pisləşməsi müşahidə olunub. Boksçu hələ 26 yanvarda, Davosda olan zaman xəstəxanaya yerləşdirilmişdi”.

Qeyd edək ki, Kliçko 2007-ci ildə amerikalı Cəmil Makklaynla döyüşə hazırlaşan zaman kürəyindən ciddi zədə almışdı. Döyüş təxirə salınmışdı və Kliçko əməliyyat olunmuşdu.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi