hia.az
hia.az

Diplomatlar da müxalifətin tərəfinə keçdilər

312 dəfə baxılıb 28-01-2019, 13:04

Diplomatlar da müxalifətin tərəfinə keçdilər
Venesuelanın ABŞ-dakı səfirliyinin hərbi attaşesi, polkovnik Xose Silva bəyan edib ki, özünü Venesuela prezidenti elan edən müxalifətçi Xuan Quaydonu dəstəkləyir.

Unikal.org xəbər verir ki, bu barədə yanvarın 27-də Reuters agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, konsulluğun Hyuston və Nyu-Yorkdakı 2 əməkdaşı da eyni mövqedən çıxış edirlər.

Silva deyib ki, indiki prezident Nikolas Maduronu dövlət başçısı kimi tanımır və hesab edir ki, siyasi rəqiblərinin qətli və yoxa çıxmasına görə Maduro cavabdehlik daşıyır.

Qeyd edək ki, Milli Assambleyanın rəhbəti Xuan Quaydo yanvarın 23-də özünü müvəqqəti prezident elan edib.

ABŞ və bir sıra ölkələr artıq Xuan Quaydonu faktiki prezident kimi tanıyıblar.

Venesuela prezidenti Maduro isə postundan əl çəkməyəcəyini bəyan edib. Hazırda ölkədə fakitiki ikihakimiyyətlilikdir.
Rusiya, Çin, Meksika və Türkiyə açıq şəkildə Maduronu dəstəkləyiblər.
ABŞ, Kanada və 10-dan çox Latın Amerika ölkəsi Quaydónu prezident qismində dəstəkləyib.

Bir neçə Avropa ölkəsi, o cümlədən, İspaniya, Almaniya, Fransa və Britaniya da Quaydonu 8 gün ərzində prezident seçkiləri keçirilməsə, Venesuela prezidenti kimi tanıdıqlarını bildirib. Yunanıstan höküməti isə Maduronu dəstəkləyib.

Şənbə günü BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya Vasinqtonu Venesuelada çevriliş hazılamaqda ittiham edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi