hia.az
hia.az

Gürcüstan Quaidonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıdı

215 dəfə baxılıb 24-01-2019, 12:51

Gürcüstan Quaidonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıdı
Gürcüstan Venesuela Milli Assambleyasının spikeri Xuan Quaidonu hazırkı dövlət başçısı Nikolas Maduronun əvəzinə bu ölkənin müvəqqəti prezidenti kimi tanıyıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bunu cümə axşamı Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

"Gürcüstan Xuan Quaidonu müvəqqəti prezident kimi tanıyır və Venesuela xalqının azadlıq və demokratiya uğrunda mübarizədə səsləndirdikləri bəyanatları alqışlayır", - deyə Zalkaliani "Twitter"də yazıb.

Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.

Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi