hia.az
hia.az

Komada olan qadın dünyaya uşaq gətirdi

357 dəfə baxılıb 14-01-2019, 14:18

Komada olan qadın dünyaya uşaq gətirdi
Yaşanılan hadisə tibb müəssisənin təhlükəsiz olmadığı məsələsini də gündəmə gətirib.

Unikal.org xəbər verir ki, Amerikada 10 ildir ki, komada olan 29 yaşlı qadın xəstə uşaq dünyaya gətirdikdən sonra xəstəxanan bütün kişi personalından qan DNT nümunəsi götürülüb. Sputnik Türkiyə xəbər verir ki, Feniks əyalətində Hakienda tibb müəssisəsində meydana gələn təcavüz faktı ilə bağlı polis istintaqa başlayıb. İstintaq çərçivəsində müəssisədə işləyən bütün kişilərin DNT–si istənilib.

Müəssisənin internet saytında şikayətlər arasında 2013-cü ildə yazılmış bir şərhə diqqəti çəkib. İşləyənlərdən birinin 4 xəstə ilə bağlı cinsi şərhləri müəyyən edildikdən sonra həmin şəxs işdən azad edilib. Həmin əməkdaşla bağlı istintaq işi davam etdirilir. Yaşanılan hadisə tibb müəssisənin təhlükəsiz olmadığı məsələsini də gündəmə gətirib. Xəstəxana isə tibbi olaraq müdafiəsiz olan xəstələrlə bağlı təhlükəsizliyi artırdığını bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi