hia.az
hia.az

Ermənistanda “donuz qripi”ndən ölüm halı qeydə alındı

338 dəfə baxılıb 12-01-2019, 13:27

Ermənistanda “donuz qripi”ndən ölüm halı qeydə alındı
Bu il Ermənistanda “donuz qripi”ndən ölüm halı qeydə alınıb.

hia.az News.am-a istinadən istinadən xəbər verir ki, bununla bağlı Ermənistan Xəstəliklərin Profilaktikası və Nəzarət üzrə Milli Mərkəzinin direktoru Artavazd Vanyan mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, ölən qadında müxtəlif xroniki xəstəliklər aşkarlanıb.

O bildirib ki, hazırda 693 nəfər stasionar şəraitdə qripdən müalicə alır. Bəzi xəstələrin vəziyyətləri ağır olduğu üçün reanimasiyaya yerləşdirilib.

Gürcüstanda “donuz qripi”ndən ölüm hallarına diqqət yetirən Vanyan qeyd edib ki, hazırda Ermənistan-Gürcüstan sərhədinin karantin tədbirlərinin həyata keçirilməsi üçün bağlanmasına ehtiyac yoxdur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi