hia.az
hia.az

158 nəfər “donuz qripi”nə yoluxdu

356 dəfə baxılıb 7-01-2019, 14:54

158 nəfər “donuz qripi”nə yoluxduGürcüstanda H1N1 virusuna (“donuz qripi”) 158 yoluxma halı laborator olaraq təsdiq olunub.

Unikal.org xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.

O deyib ki, qrip virusunun yayılma göstəricisi aşağı düşüb: “Son məlumatlara əsasən, 100 min sakinə infeksiyaya yoluxmuş 256 nəfər düşür. Ötən həftə bu göstərici 277 nəfər təşkil edib”.

Qonşu ölkədə qripin geniş yayılması ilə bağlı ötən həftə Rustavi Şəhər Xəstəxanası, bu gün isə Mtsxeta Tibb Mərkəzində karantin elan olunub.

Xatırladaq ki, bu günə qədər Gürcüstanda 8 nəfər “donuz qripi”ndən ölüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi