hia.az
hia.az

Avşar əməliyyatında təhlükəli tapıntı - FOTO

309 dəfə baxılıb 20-12-2018, 13:34

Avşar əməliyyatında təhlükəli tapıntı - FOTO
Ağcabədi rayonunda minaatan mərmisi tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) hia.az-a verilən məlumata görə, quruma Ağcabədi rayonu, Avşar kəndi ərazisində mərminin tapılması barədə daxil olan məlumat əsasında Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən bir ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minaatan mərmisinin ətrafında 2 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.



Avşar əməliyyatında təhlükəli tapıntı - FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi