hia.az
hia.az

"Xalqına, bayrağına, şəhidinə xəyanət edənin cəzası nə olmalıdır" - Zaurdan Mübarizə qarşı çıxan xanıma

331 dəfə baxılıb 16-12-2018, 20:18

"Xalqına, bayrağına, şəhidinə xəyanət edənin cəzası nə olmalıdır" - Zaurdan Mübarizə qarşı çıxan xanımaMübariz İbrahimovla bağlı statusu ilə gündəmə gələn gənc Nərmin Şahmarzadənin özünü müdafiə cəhdlərinə Zaur Baxşəliyev də reaksiya verib.

Milli.az publika.az-a istinadən xəbər verir ki, Zaur Baxşəliyevlə həyat yoldaşı Günay Baxşəliyevin ortaq İnstaqram səhifəsində olaya münasibət bildirilib.

"Bu günlərdə ərinə xəyanət etdiyi deyilən bir qadının başını qırxıb, videosunu çəkib, sonra da sosial şəbəkədə paylaşdılar. Əmisi oğlunun arvadına sataşan bir kişini kənd camaatı yğılıb daş-qalaq edib öldürdü. Yenə xəyanət edən bir kişinin əyninə yubka geyindirib, kənd içində rüsvay etdilər. Ərinə, arvadına əmisi oğluna xəyanət edənin cəzası budursa, dilinə sahib çıxmayıb xalqına, bayrağına, şəhidinə xəyanət edənin cəzası nə olmalıdır?

Mübariz toxunulmazdır, Şəhid bayraqdır, torpaqdır, vətəndir! Şəhid bir dövlətin atributu və toxunulmazlıq rəmzi, onun milli qüruru və mənəvi dəyəridir. Əslində bir aqil, aydın, ziyalı, ictimai nüfuzu və mövqeyi olan bir insan bunu söyləsəydi, bu qədər əsəb keçirməyə dəyərdi. Nəcis yeyən iti öldürmürlər. Rahat olun!" - deyə qeyd edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi