hia.az
hia.az

Pulsuz psixoloji yardım almaq mümkünləşəcək

254 dəfə baxılıb 7-12-2018, 14:34

Pulsuz psixoloji yardım almaq mümkünləşəcəkParlamentin bu gün keçirilən plenar iclasında “Psixoloji yardım haqqında” qanun layihəsi üçüncü – yekun oxunuşda müzakirə edilib.

hia.az-ın xəbərinə görə, iclasda bildirilib ki, layihə altı fəsil, 22 maddədən ibarətdir.

Qanun layihəsi Azərbaycanda psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

Layihə ilə Azərbaycanda ödənişsiz psixoloji yardım alacaq şəxslərin kateqoriyası müəyyənləşib.

Qanunun 6-cı (Psixoloji yardımın maliyyələşdirilməsi) maddəsinə əsasən, psixoloji yardım dövlət büdcəsinin vəsaiti hesabına (ödənişsiz) və ya yardım alan şəxsin vəsaiti hesabına (ödənişli) həyata keçirilir.

Aşağıdakı hallarda şəxsin ödənişsiz psixoloji yardım almaq hüququ var:

1. Şəxsin yaşayış yeri və ya olduğu yer üzrə dövlət ambulator-poliklinika müəssisəsində və ya həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində,

2. məktəbəqədər və orta təhsil müəssisələrində təhsilalanların,

3. həbs edilən şəxslərin,

4. Penitensiar müəssisələrdə cəza çəkən şəxslərin, eləcə də, cəza çəkməkdən azad edilən və psixoloji yardıma ehtiyacı olan şəxslərin,

5. dövlət yardım mərkəzilərində məişət zorakılığından zərər çəkən şəxslərin,

6. Silahlı Qüvvələrdə xidmət keçən hərbi qulluqçuların,

7.hərbi əməliyyatlar zamanı zərər çəkən şəxslərin,

8. sosial xidmətə cəlb edilən şəxslərin,

9. fövqəladə hallar zamanı zərər çəkən şəxslərin, onların ailə üzvlərinin, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin,

10. peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan şəxslərin – işə götürənin vəsaiti hesabına,

11. tibbi-sosial reabilitasiya zamanı əlilliyi olan şəxslərin və onların ailə üzvlərinin.

Qanunla pulsuz psixoloji yardımın göstərilməsinin digər halları da nəzərdə tutula bilər.

Psixoloji yardımın həcmi və müddəti psixoloji yardım alan şəxsin ehtiyaclarına mütənasib olmalıdır.

Layihədə sonra bildirilib ki, Azərbaycanda Psixoloqlar Şurası yaradılır.

Qanunun 21-ci (Azərbaycan Psixoloqlar Şurası) maddəsinə sasən, psixoloji xidmət göstərən mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsi, onların peşə hüquqlarının qorunması, təcrübə mübadiləsinin aparılması və təbliği, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, əhalinin keyfiyyətli psixoloji xidmətlə təmin edilməsinə və psixoloji xidmət sahəsində elmi tədqiqatların aparılmasına köməklik göstərilməsi və psixoloji yardım standartlarının və etika normalarının işlənib hazırlanması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Psixoloqlar Şurası yaradılır.

Şura ictimai əsaslarla fəaliyyət göstərir və yüksək ixtisaslı psixoloqlardan, müxtəlif sahələrdə psixoloji xidmət göstərən dövlət orqanlarının nümayəndələrindən ibarət olmaqla yeddi üzvdən ibarətdir.

Şuranın fəaliyyəti, hüquq və vəzifələri, üzvlərin təyin olunması və idarə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənən “Azərbaycan Psixoloqlar Şurası haqqında Əsasnamə” ilə müəyyən edilir.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi