hia.az
hia.az

Zaqatalada evlərdən oğurluq edən şəxs saxlanılıb

332 dəfə baxılıb 28-12-2018, 12:48

Zaqatalada evlərdən oğurluq edən şəxs saxlanılıbZaqatala rayon sakini dekabrın 27-də polis şöbəsinə müraciət edərək evindən 139 manat pulun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, oğurluğu törətməkdə şübhəli bilinən şəxsin rayonun Yuxarı Tala kənd sakini Əhməd Məmmədov olduğu əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib. Aparılan araşdırmalarla onun digər cinayət əməlinin də üstü açılıb. Belə ki, Ə.Məmmədovun dekabrın 6-da başqa bir evdən də 400 manat pul oğurladığı müəyyənləşib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi