hia.az
hia.az

İlham Əliyev: Qaydaların olmaması münaqişələrə səbəb olur - VİDEO

499 dəfə baxılıb 28-01-2019, 12:32

İlham Əliyev: Qaydaların olmaması münaqişələrə səbəb olur - VİDEO
Azərbaycan prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində “Rossiya 1” kanalında yayımlanan “Nailə Əsgərzadə ilə fəaliyyətdə olan şəxslər” proqramına müsahibə verib.

hia.az “Moskva-Baku”ya istinadən xəbər verir ki, o, müsahibə zamanı heç bir qaydanın olmadığı beynəlxalq arenadakı hazırkı vəziyyəti şərh edib.

“Qaydaların olmaması və ya onların pozulması, əlbəttə ki, pis nəticələrə səbəb ola bilər. Yəni inam pozulur, ölkələr arasında əlaqələrin səviyyəsi azalır. Əksinə, bu, müəyyən münaqişələrə, müəyyən çətinliklərə, ölkələrin arasındakı münasibətlərdə müəyyən gərginliklərə gətirib çıxarır.

Bugünkü mənzərəni görmək kədərlidir, dediyim kimi, beynəlxalq məsələlərlə yanaşı, iqtisadi problemlərə də aiddir. İnam pozulur, proqnozlar sarsılır və biznes aparmaq çətinləşir”, - prezident Əliyev bildirib.

Qeyd edək ki, Azərbaycan prezidentinin müsahibəsinin bir hissəsi yanvarın 27-də “Vesti nedeli” proqramında yayımlanıb. Müsahibənin tam versiyası yanvarın 28-də yayımlanacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi