hia.az
hia.az

Fırıldaqçılar senator Məmmədova külli miqdarda “pul atdılar”

404 dəfə baxılıb 18-11-2018, 13:28

Fırıldaqçılar senator Məmmədova külli miqdarda “pul atdılar”Rusiya Federasiya Şurasının üzvü Sergey Məmmədov polisə müraciət edib. Müraciət senatora qarşı edilən 16,5 milyon rubl (425 min manata yaxın) məbləğində dələduzluq faktı ilə bağlıdır.

hia.az TASS agentliyinə istinadən xəbər verir ki, Sergey Məmmədov “Mercedes-Benz AMG 63 4 Matic” və “Audi S8 Plus” markalı iki avtomobilini satmaq üçün iyul ayında tanışına müraciət edib.

Tanışı isə avtomobillərin satışından əldə olunan pulu sahibinə qaytarmayıb. Sergey Məmmədovun sözlərinə görə, o polisə müraciət edib, məsələ ilə bağlı cinayət işi açılıb.

Xatırladaq ki, Sergey Məmmədov milliyyətcə azərbaycanlıdır. O, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini Ənvər Məmmədovun oğludur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi