ABŞ Prezidenti Donald Tramp bildirib ki, hazırda İranın kütləvi raket zərbələri endirmək imkanları yoxdur.
ABŞ lideri bu barədə Ağ Evdə çıxışında bildirib.
"Onların raket zərbələri üçün kiçik imkanları qalıb", - Tramp deyib.
Qeyd edək ki, daha əvvəl İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Əhməd Vahidi İranın ballistik raketlərinin uçuş məsafəsinin artırılması üçün coğrafi məhdudiyyətlərin olmadığını bildirib.