hia.az
hia.az

Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub

0 dəfə baxılıb Bugün, 18:45

Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub

Ukrayna ordusu Baltik dənizində Rusiyanın “Kalibr” qanadlı raketləri daşıyan “Naro-Fominsk” hərbi gəmisinə zərbə endirib.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb.

Məlumata görə, əməliyyat Rusiyanın Leninqrad vilayətində həyata keçirilən genişmiqyaslı pilotsuz uçuş aparatları hücumunun tərkib hissəsi olub. Ukrayna qüvvələri eyni əməliyyat çərçivəsində Baltik dənizinin sahilində yerləşən Ust-Luqa limanının neft infrastrukturuna da zərbələr endirib.

“Reuters“in məlumatına görə, Finlandiya Silahlı Qüvvələri də Rusiya hərbi gəmisinə zərbə endirildiyini qeydə alıb.

Məlumata görə, hədəfə alınan “Naro-Fominsk” gəmisi “Kalibr” və “Oniks” qanadlı raketləri daşımaq qabiliyyətinə malikdir. Ukrayna tərəfinin məlumatına əsasən, bu, Rusiyanın Baltik Donanmasına məxsus və aktiv xidmətdə olan hərbi gəmisinə müharibənin başlanmasından bəri Baltik dənizində ilk belə hücumdur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi