hia.az
hia.az

"Sabah sənin iç üzünü açacam" - Xose Sərxanı duelə çağırdı

318 dəfə baxılıb 27-12-2018, 13:22

"Sabah sənin iç üzünü açacam" - Xose Sərxanı duelə çağırdıATV-də yayımlanan "Maşın" realiti şou bu gün də qalmaqalsız ötüşməyib.

Axşam.az xəbər verir ki, bu dəfə mübahisə Xose Bernardo və Sərxan Kərəmoğlu arasında yaşanıb.

Belə ki, Xosenin Sərxana "Mən bu gün qalsam, sabah kürsüyə çıxıb nəyin bahasına olursa, olsun, səni çıxaracam" deməsi aktyoru özündən çıxarıb. O, cavabında Xoseyə "Sən sabah burada qalsan, baxarsan. Sənin kimi 5 iştirakçını yola salmışam. Özünü soxma ortaya. Səmra özü xahiş etdi, mən də şəklini atdım. Seçim onundur" deyib.

Xose isə bu gün tribunaya Səmranın deyil, Ranar Musayevin çıxmalı olduğunu bildirib. Onun sözlərinə görə, bu günə qədər bəzi məqamlarda o, oyunu idarə edib. Sabah isə oyunda qalsa, Sərxanın iç üzünü açacağını söyləyib.

Kərəmoğlu Xosenin sözlərindən sonra daha çox əsəbiləşib və "Səndən 20 yaş böyüyəm, mənə hədə qorxu gəlmə" deyib. Daha sonra yaşının çox olmasına rəğmən özünün gənc hiss etdiyini bildirən aktyora Xose "Mən də səninlə gənc kimi danışıram" cavabını verib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi