hia.az
hia.az

Etiraz aksiyalarını qadağan edəcəklər

10 dəfə baxılıb 22-10-2026, 17:59

Etiraz aksiyalarını qadağan edəcəklər


“Fransa yaxın günlərdə qanunsuz etiraz aksiyalarını qadağan edəcək”.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron dövlət rəsmiləri ilə böhran vəziyyətini müzakirə etdikdən sonra danışıb.

O bildirib ki, Fransada regional hakimiyyət orqanları, həmkarlar ittifaqları tərəfindən təşkil olunanlar istisna olmaqla, qarşıdakı günlərdə keçirilməsi planlaşdırılan bütün qanunsuz nümayişlər qadağan ediləcək.

Bununla yanaşı, E.Makron oktyabrın 17-də baş verən iğtişaşlara görə ifrat solçu qrupları günahlandırıb.

Qeyd edək ki, Fransanın üçüncü ən böyük şəhəri olan Lyonda bu şənbə günü keçirilməsi planlaşdırılan bütün etiraz aksiyaları qadağan edilib.

Onu da xatırladaq ki, son günlər Fransada yanacağın bahalaşmasına və alıcılıq qabiliyyətinin aşağı düşməsinə qarşı kütləvi etiraz aksiyaları keçirilib. Aksiyalar zamanı çox sayda mağaza talanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi