hia.az
hia.az

Opera və Balet Teatrında “Manon Lesko”nun premyerası olub

260 dəfə baxılıb 23-12-2018, 16:11

Opera və Balet Teatrında “Manon Lesko”nun premyerası olub
Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Manon Lesko" operasının premyerası olub.

AZƏRTAC xəbər verir ki, səhnə əsərində Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər, “Humay” mükafatı laureatı Afaq Abbasova, Fərid Əliyev, Tural Ağasıyev və solist Fəhmin Əhmədli çıxış ediblər.

Əsas partiyanı ifa etmək üçün Ukrayna Milli Operasının solisti, bu ölkənin Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Pyotr Primak dəvət olunub. Tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Ukraynanın Əməkdar incəsənət xadimi Mikola Tretyak, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır.

Gənc bir xanımın həyat dramından bəhs edən opera Azərbaycan səhnəsində ilk dəfə səhnələşdirilib.

Qeyd edək ki, “Manon Lesko” Cakomo Puççininin yaradıcılığında xüsusi yeri olan əsərlərdən biridir. Operanın librettosu Antuan Fransua Prevonun Avropada çox populyar olan “Kavaler de Qrie və Manon Leskonun sevgi tarixçəsi” romanının motivləri əsasında yazılıb. Tamaşanın premyerası 1893-cü ildə İtaliyanın Turin şəhərində reallaşıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi