hia.az
hia.az

Ukraynada azərbaycanlı heykəltəraşın müəllifi olduğu memorial lövhənin açılışı olub

390 dəfə baxılıb 23-12-2018, 16:09

Ukraynada azərbaycanlı heykəltəraşın müəllifi olduğu memorial lövhənin açılışı olub
Xarkov şəhərinin mərkəzi küçəsində Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş, soydaşımız Seyfəddin Qurbanovun müəllifi olduğu daha bir memorial lövhənin açılışı olub.

AZƏRTAC xəbər verir ki, görkəmli alim, Ukraynada reproduktiv səhiyyənin qurucusu, Əməkdar elm xadimi, akademik Valentin Qrişenkonun 90 illik yubileyi şərəfinə hazırlanan memorial lövhə onun yaşadığı və işlədiyi binada açılıb. Memorial lövhənin açılış mərasimində onun tələbələri, alimlər, həkimlər və akademikin qızı Olqa Qrişenko iştirak edib.

O.Qrişenko memorial lövhənin qoyulmasında xidməti olan hər kəsə, xüsusilə müəllifə dərin təşəkkürünü bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi