hia.az
hia.az

Kastamonu bələdiyyə sədri: TÜRKSOY-un Nəsimi barədə qərarı türk dünyasının ortaq maraqlarına xidmət edir VİDEO

342 dəfə baxılıb 22-12-2018, 15:08

Kastamonu bələdiyyə sədri: TÜRKSOY-un Nəsimi barədə qərarı türk dünyasının ortaq maraqlarına xidmət edir VİDEOTÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı iclasının Türkiyənin Kastamonu şəhərində qəbul etdiyi qərarlar bütün türk dünyası üçün uğurludur.

Bu fikri AZƏRTAC–a açıqlamasında Kastamonu şəhər bələdiyyəsinin sədri Tahsin Babaş TÜRKSOY-un Daimi Şurasının 36-cı iclasının qərarlarını şərh edərkən ifadə edib. 2018-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunmasını Kastamonu şəhəri üçün böyük faydalar gətirdiyini diqqətə çatdıran bələdiyyə sədri bu çərçivədə həyata keçirilən layihələrin əhəmiyyətini yüksək dəyərləndirib.

Bələdiyyə sədri qeyd edib ki, TÜRKSOY Daimi Şurasının 36-cı iclasının böyük Azərbaycan şairi Nəsiminin yaradıcılığının dünya birliyinə çatdırılması barədə qərarı türk dünyasının ortaq maraqlarını əks etdirir. TÜRKSOY-un gələcək fəaliyyətinə uğurlar arzulayan bələdiyyə sədri Kastamonudan Azərbaycana isti və səmimi salamlarını çatdırıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi