hia.az
hia.az

Azərdən işdən çıxarıldığı ATV-yə hörmətsizlik - Foto

313 dəfə baxılıb 7-12-2018, 15:31

Azərdən işdən çıxarıldığı ATV-yə hörmətsizlik - FotoAparıcı Azər Zahidin sosial şəbəkədə yayımladığı foto müzakirələrə səbəb olub.

Axşam.az-ın məlumatına görə, aparıcı ayağının fotosunu yayımlayıb. Avtomobildə çəkilən şəkildə Azər ayağının altına ATV-nin loqosunu qoyub. O, şəklə "Biz dünyaya qışqıraraq gəlirik, səs-küylə ölürük. Həyatda yaşadığımız zaman nə etməliyik? Əlbəttə ki, deyib-gülmək, keyf etməliyik" sözlərini yazıb.

Azərin bir vaxtlar çalışdığı kanalın loqosunu ayağının altına qoyması birmənalı qarşılanmayıb, hörmətsizlik kimi qəbul edilib. Eyni zamanda aparıcı uzun müddətdir sözügedən kanalda işdən çıxarılsa da, hələ də avtomobilində ATV-nin loqosunu gəzdirir.

Əldə etdiyimiz məlumata görə, A.Zahid bir müddət əvvəl yeni layihə ilə kanala müraciət edib. Amma onun layihəsi və yenidən kanalda çalışması qəbul olunmayıb.

Qeyd edək ki, Azər "Yoxlama" verilişində yaşanan qalmaqallara görə kanaldan uzaqlaşdırılmışdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Temmuz 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi