hia.az
hia.az

“Müasir Azərbaycan” mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

274 dəfə baxılıb 5-12-2018, 15:52

“Müasir Azərbaycan” mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıbAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Fond Birjası, “YARAT” Müasir İncəsənət Məkanı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və “İnvest-Az” İnvestisiya Şirkətinin birgə dəstəyi və təşkilatçılığı ilə reallaşan “Müasir Azərbaycan” mövzusunda uşaq və gənclər arasında rəsm müsabiqəsi qaliblərinin dekabrın 4-də mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək layihə barədə məlumat verib. Diqqətə çatdırdı ki, rəsm müsabiqəsinə cari ilin sentyabrında start verilib. Layihənin gənclərin kreativ düşüncəsini reallaşdırmaq baxımından böyük fürsət olduğunu bildirən Aynur Sofiyeva deyib: “Artıq üçüncü ildir ki, layihənin həyata keçirilməsinə dəstək veririk. Azərbaycan istedadlar diyarıdır. Ölkəmizdə dövlət tərəfindən gənclərin hərtərəfli inkişafına dəstək göstərilir. Bu kimi tədbirlər dövlətimizin gənclər siyasətinə vacib töhfədir. Həyatımızın bütün sahələrində olduğu kimi zəngin milli mədəniyyətimizin uğurlarında, yaradıcı insanların həyatında, milli-mənəvi, əxlaqi dəyərlərimizin qorunmasında, dilimizin inkişafında, Azərbaycanın mədəni imicinin formalaşmasında ulu öndər Heydər Əliyevin əvəzsiz rolu və xidmətləri olub. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı İlham Əliyev bu gün istedadlı gənclərin inkişafına xüsusi önəm verir. Layihədə həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqların əsərlərinin də yer alması çox təqdirəlayiqdir”.

Diqqətə çatdırılıb ki, müsabiqəyə Bakı şəhəri də daxil olmaqla 11 rayondan 130-a yaxın iş təqdim olunub. Rəsm əsərləri peşəkar rəssamlar və sənətşünaslar tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşib.

Bakı Fond Birjasının direktoru Vüqar Namazov bildirib ki, layihəyə ilk dəfə 2016-cı ildə start verilib. On rəsm əsəri ilə başlanan bu iş qısa vaxtda geniş coğrafiyanı əhatə edib. Məhz bunun nəticəsidir ki, hazırda müsabiqədə ölkənin müxtəlif şəhər və rayonlarını təmsil edən gənclərin 130-dən çox əsəri yer alıb.

“Nümayiş olunan əsərlərin maksimum sayda insanlara çatdırılması və sərginin auditoriyasının genişləndirilməsi məqsədilə bu gün bura toplaşmışıq. Sərginin keçirilməsində məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, onların gələcək fəaliyyətlərinin motivasiyası, eləcə də ölkəmizdə gənc istedadların üzə çıxarılmasından ibarətdir. Bakı Fond Birjası sosial müdafiə sahəsində növbəti layihələri keçirməyi planlaşdırır. Bu sahədə fəaliyyəti genişləndirmək niyyətindəyik. Ölkə başçısının təhsilə və mədəniyyətə göstərdiyi qayğı və diqqət gənclərimizin parlaq gələcəyindən xəbər verir. Sevindirici haldır ki, bu il müsabiqədə iştirak edən ən kiçik iştirakçının 4, ən böyüyünün isə 22 yaşı var. Müsabiqədə 30 xüsusi qayğıya ehtiyacı olan iştirakçının əsərləri yer alıb”, - deyə Vüqar Namazov bildirib.

“Müasir Azərbaycan” layihəsini dəstəkləməkdən məmnunluğunu ifadə edən “YARAT” Müasir İncəsənət Məkanının bədii rəhbəri Suad Qarayeva-Maleki qeyd edib ki, məqsəd istedadlı gənclərin və yeniyetmələrin aşkarlanması, eləcə də, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasından ibarətdir. “YARAT” Müasir İncəsənət Məkanı hər zaman yaradıcı gənclərə dəstək verir.

Bildirilib ki, müsabiqənin münsiflər heyətində Xalq rəssamı Arif Hüseynov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktorları Sevil Kərimova, AQUPDK-nın nümayəndəsi Aydın Rəcəbli, Azərbaycan Rəssamlar İttifaqının üzvü Kəmalə Əliyeva yer alıblar.

Birinci, ikinci və üçüncü yerin sahiblərinə sertifikat və pul mükafatları təqdim edilib.

Tədbirdə müxtəlif nominasiyalar üzrə qaliblər də mükafatlandırılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi