hia.az
hia.az

Şəhidlərimiz İsveçdə yad edilib

287 dəfə baxılıb 20-01-2019, 13:41

Şəhidlərimiz İsveçdə yad edilib
İsveçdə fəaliyyət göstərən “İsveç-Azərbaycan Mədəniyyət Dərnəyi Odlar Yurdu” diaspor təşkilatı 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar tədbir keçirib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycanın Dövlət himninin səslənməsi və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə diaspor təşkilatının rəhbəri Sevinc Bakılı çıxış edib. Bildirib ki, bu hadisələr xalqımızın müstəqilliyinin, pozulmuş hüquqlarının bərpa olunması naminə savaşmaq əzmində olduğunu bir daha nümayiş etdirib.

İsveçdə fəaliyyət göstərən diasporumuzun fəalları bildiriblər ki, Azərbaycan tarixinə qanla yazılan 20 Yanvar faciəsi, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsində özünəməxsus yer tutur. Xalqımız, o cümlədən xaricdə yaşayan azərbaycanlılar hər il 20 Yanvar şəhidlərinin əziz xatirəsini anmağı özlərinin mənəvi borcu hesab edirlər.

Tədbirdə Stokholmdakı səfirliyin əməkdaşları, Azərbaycan və türk diasporu, habelə KİV nümayəndələri iştirak ediblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi