hia.az
hia.az

Qara Qarayev adına İncəsənət Məktəbi ilə Sankt-Peterburq Musiqi Liseyi arasında əlaqələr genişlənir

273 dəfə baxılıb 18-11-2018, 13:24

Qara Qarayev adına İncəsənət Məktəbi ilə Sankt-Peterburq Musiqi Liseyi arasında əlaqələr genişlənir

Ölkəmizin 2020-ci ildə VII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda Fəxri qonaq ölkə statusunda təmsil olunması haqqında birgə bəyanat imzalanıb.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimindən sonra mədəniyyət naziri Əbülfəs Qarayev və ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu Sankt-Peterburq şəhərinin bir sıra mədəniyyət təsisatlarının rəhbərləri ilə görüşlər keçirib. Belə görüşlərdən biri Sankt-Peterburq Musiqi Liseyinin direktoru Vitali Romanovla olub.

Görüş zamanı Vitali Romanov rəhbərlik etdiyi liseyin fəaliyyəti, tədris prosesində istifadə olunan müasir metodika və texnologiyaların tətbiqi, liseyin maliyyələşmə sistemi və əldə etdiyi uğurlar haqqında məlumat verib.

Nazir ölkəmizin bədii təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin, o cümlədən, Rusiyanın aparıcı təhsil müəssisələri ilə əməkdaşlığın inkişaf etdirilməsinin təqdirəlayiq hal olduğunu və bu əlaqələrin ölkələrimiz arasında humanitar sahədə münasibətlərə töhfə verdiyini diqqətə çatdırıb.

Görüşdə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, nümayəndə heyətinin üzvü Əziz Qarayusifli də iştirak edib. O, Sankt-Peterburq Musiqi Liseyinin fəaliyyəti və iş prinsipi ilə yaxından tanış olub.

Xatırladaq ki, sözügedən liseylə Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi arasında 2018-ci ilin aprel ayında Bakı şəhərində əməkdaşlıq müqaviləsi imzalanıb. Liseyin rəhbərliyi, müəllim və şagirdlərdən ibarət nümayəndə heyəti paytaxtımızda qonaq olmuş və bir neçə səhnədə, o cümlədən M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində konsert proqramları ilə çıxış ediblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi