hia.az
hia.az

2018-ci ildə dövlət hesabına 998 xəstə üzərində kardiocərrahiyyə əməliyyatı icra edilib

296 dəfə baxılıb 2-01-2019, 12:22

2018-ci ildə dövlət hesabına 998 xəstə üzərində kardiocərrahiyyə əməliyyatı icra edilib2018-ci ildə dövlət hesabına 246-sı uşaq olmaqla, 998 nəfər üzərində kardiocərrahiyyə əməliyyatı icra olunub. 1686 angioqrafiya müayinəsi aparılıb və 633 angioplastika əməliyyatı həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclasında qurumun tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.

Şöbə müdiri bildirib ki, son 3 ildə Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşaq üzərində uğurla koxlear implantasiya əməliyyatı aparılıb. Ümumilikdə, 2018-ci ildə 280 mindən çox xəstə üzərində müxtəlif cərrahi əməliyyatlar həyata keçirilib.

Qeyd olunub ki, maliyyə baxımından çox baha başa gələn yuxarıda adları sadalanan belə əməliyyatların dövlət hesabına icra olunması dövlətimizin əhalinin sağlamlığına verdiyi diqqət və qayğının bariz nümunəsidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi