hia.az
hia.az

Lökbatan qəsəbəsində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yeni mənzillər təqdim edilib

331 dəfə baxılıb 24-12-2018, 13:37

Lökbatan qəsəbəsində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə yeni mənzillər təqdim edilibƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qaradağ rayonunun Lökbatan qəsəbəsində yeni yaşayış binalarından alınmış 200 mənzil şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

AZƏRTAC xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların ailələrinə göstərilən dövlət qayğısından danışıb və Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində mənzil alan ailələri təbrik edib.

Sonra mənzillərin püşkatma qaydasında, obyektiv və ədalətli şəkildə paylanması həyata keçirilib.

Yeni mənzil alanlar onların sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi