hia.az
hia.az

Şahin Seyidzadə: "Azərbaycanda arxeoloji axtarışların aparılması vacibdir"

29 dəfə baxılıb 23-05-2024, 14:53

Şahin Seyidzadə: "Azərbaycanda arxeoloji axtarışların aparılması vacibdir"

Azərbaycanın zəngin tarixi keçmişinin araşdırılması məqsədi ilə tədqiqat və arxeoloji axtarışların aparılması vacibdir.

Bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya Institutunun tərəfdaşlığı ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilən “Arxeoloji turizm və dayanıqlı idarəetmə” mövzusunda beynəlxalq konfransda bildirib.

"İctimai təkamül irəli getdikcə keçmişin elmi tədqiqatı üzrə işlərə, xüsusən də arxeoloji axtarışlara daha böyük diqqət göstərilməlidir. İçərişəhərdə bina və qurğuların əksəriyyəti toxunulmaz olduğu üçün, daha qədim mədəni layların araşdırılması üzrə genişmiqyaslı işlərin aparılması imkanları məhduddur. Bu mənada, qədim tikililərdə əsaslı təmir tələb edən vəziyyət yarandıqda İdarəmiz üçün mümkün arxeoloji kəşflər fürsəti açılır", - Ş. Seyidzadə qeyd edib.

O hesab edir ki, İçərişəhərin və "Qala" qoruğunun arxeoloji araşdırmalar üçün potensialı demək olar tükənməzdir:

"İdarəmiz bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyası və onun müvafiq institutları, o cümlədən Arxeologiya və Antropologiya İnstitutu və digər təşkilatlar ilə arxeoloji tədqiqatların aparılması və birgə fəaliyyətlərin həyata keçirilməsində çox maraqlıdır".

Qeyd edib ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə "Qala" Qoruğu ərazisində iyulun 5-20 tarixlərində arxeoloqların beynəlxalq yay düşərgəsi keçiriləcək.

"Bu beynəlxalq düşərgədə 20-dən çox ölkənin arxeoloqlarının iştirakı gözlənilir. Ümidvaram ki, ölkəmizdə bu tipli tədbirlərin keçirilməsi gənc alim kadrlarının yetişdirilməsinə böyük töhfə verəcək", - Ş. Seyidzadə vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Temmuz 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi