hia.az
hia.az

“Məktəblilərin yaşıl şəbəkəsi” layihəsi çərçivəsində ilk tədbir keçirilib

309 dəfə baxılıb 10-01-2019, 12:41

“Məktəblilərin yaşıl şəbəkəsi” layihəsi çərçivəsində ilk tədbir keçirilibAzərbaycan Respublikası Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi olan “Məktəblilərin yaşıl şəbəkəsi” layihəsinin Binəqədi Gənclər evində təqdimatı keçirilib.

Gənclər evindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən layihə rəhbəri Sevinc Paşabəyzadə “Məktəblilərin yaşıl şəbəkəsi” layihəsi çərçivəsində şagirdlərin ekologiya, ətraf mühitin mühafizəsi barədə məlumatlandırılması məqsədilə tədbir və təlimlərin keçiriləcəyini bildirib.

Layihənin icrasının birinci günündə maraqlı müzakirələr aparılıb, mövzuya dair videoçarxlar nümayiş etdirilib.

“Məktəblilərin yaşıl şəbəkəsi” layihəsi çərçivəsində növbəti tədbirlər yanvarın 10-da və 11-də keçiriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi