hia.az
hia.az

Sumqayıtda “Nəqliyyat könüllüləri” aksiyası davam edir

280 dəfə baxılıb 9-01-2019, 18:18

Sumqayıtda “Nəqliyyat könüllüləri” aksiyası davam edirSumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə ictimai nəqliyyat vasitələrində keçirilən “Nəqliyyat könüllüləri” maarifləndirici aksiyası davam edir.

AZƏRTAC Gənclər və idman Nazirliyinin saytına istinadla xəbər verir ki, aksiyanın məqsədi sürücülər və sərnişinlər arasında düzgün ictimai davranış qaydalarının təbliği, ictimai nəqliyyatda sürücü və sərnişin məsuliyyətini artırmaq, qaydalara riayət etmək və s. vasitələrlə daha rahat və təhlükəsiz sərnişindaşımaya şərait yaratmaqdır.

Maarifləndirmə işinə müxtəlif sahələri təmsil edən ictimai fəal gənc könüllülər qatılıblar. Könüllülər qruplar şəklində Baş İdarənin və “Nəqliyyat” MMC-nin əməkdaşlarının müşayiəti ilə nəqliyyat vasitələrində sürücülərin və sərnişinlərin ictimai mədəni davranış qaydalarına riayət etmələrinə dair təbliğat işi aparırlar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Mart 2025    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi