hia.az
hia.az

Hərbi hissələrdə “Açıq qapı” günü keçirilib

302 dəfə baxılıb 30-12-2018, 16:13

Hərbi hissələrdə “Açıq qapı” günü keçirilibMüdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, dekabrın 29-da Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər. Qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil edilib.

Hərbi hissələrdə komandanlığın iştirakı ilə keçirilən “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunub, onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Kasım 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi