hia.az
hia.az

Manisada Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Cümhuriyyətin 100 illik yubileyi qeyd olunub

333 dəfə baxılıb 30-12-2018, 16:12

Manisada Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Cümhuriyyətin 100 illik yubileyi qeyd olunubTürkiyənin Manisa şəhərində Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir hər iki ölkənin şəhidlərinin xatirəsinin anılması, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra ulu öndər Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbirdə Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Yalçın Daşdəmir çıxış edib.

Dərnək sədri bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunan tədbirdə Azərbaycan və Türkiyə vətəndaşlarının birgə iştirakı iki dövlətin sarsılmaz birliyindən xəbər verir.

Yalçın Daşdəmir tədbirin təşkilində göstərdiyi dəstəyə görə Manisa şəhər Şahzadələr və Yunus Əmrə bələdiyyələrinin sədrləri Faruk Çelik və Mehmet Çerçiyə minnətdarlığını ifadə edib.

Bildirilib ki, Faruk Çelik və Mehmet Çerçi Manisada fəaliyyət göstərən Azərbaycan dərnəyinin fəaliyyətinə hər zaman dəstək olublar.

Sonra hər iki bələdiyyə sədrlərinin təbrik məktubları oxunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi