hia.az
hia.az

Müdafiə Nazirliyinin hərbi hissələrində “Açıq qapı günü” keçirilir

337 dəfə baxılıb 29-12-2018, 13:24

Müdafiə Nazirliyinin hərbi hissələrində “Açıq qapı günü” keçirilirMüdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün hərbi hissələrdə əsgərlərin valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olur, xidməti, inzibati binalara, əsgər yataqxanalarına və yeməkxanalara baş çəkirlər.

“Açıq qapı” günü çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlər müzakirə edilir və suallar cavablandırılır.

Bayram münasibətilə şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi