hia.az
hia.az

Parlamentin Dostluq Qruplarının yeni rəhbərləri seçiləcək

332 dəfə baxılıb 27-12-2018, 13:37

Parlamentin Dostluq Qruplarının yeni rəhbərləri seçiləcəkParlamentin payız sessiyasının dekabrın 28-də keçiriləcək sonuncu iclasında parlamentlərarası əlaqələr üzrə işçi qruplarına (Dostluq Qruplarına) yeni rəhbərlərin seçilməsi məsələsinə baxılacaq.

hia.az xəbər verir ki, hazırda beş parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsi boşdur.

Bunlar, Azərbaycan - Almaniya, Azərbaycan - Cibuti, Azərbaycan - Kanada, Azərbaycan – Türkmənistan və Azərbaycan – Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri vəzifəsidir.Sonuncu plenar iclasda Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Xanlar Fətiyevin namizədliyi təsdiqlənəcək.

Bundan əlavə, payız sessiyasının sonuncu iclasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Cavanşir Feyziyevin, Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri vəzifəsinə Sahibə Qafarovanın namizədliyi irəli sürülməsi məsələsinə baxılacaq.

Digər iki qrupun rəhbəri isə 2019-cu ilin yaz sessiyasında seçiləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ağustos 2026    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi