hia.az
hia.az

Əli Əhmədov: İnkişaf təkcə Bakı ilə məhdudlaşmır

344 dəfə baxılıb 25-12-2018, 14:49

Əli Əhmədov: İnkişaf təkcə Bakı ilə məhdudlaşmırYeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Möhtəşəm quruculuq. Dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib.

hia.az xəbər verir ki, konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, YAP-ın üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov konfransda çıxış edərək deyib ki, ölkəmizin inkişafı mərhum Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ilə bağlıdır.

“Ötən 15 il ərzində Azərbaycanda böyük quruculuq işləri aparılıb. Ölkəmizin siması əsaslı dərəcədə dəyişib. Bakı şəhərinin əsaslı surətdə yenilənməsi buna bariz nümunədir. Lakin bu inkişaf təkcə Bakı şəhəri ilə məhdudlaşmır, bütün bölgələrimizi əhatə edir. Bu əhəmiyyətli dəyişikliklərin müəllifi isə prezident İlham Əliyevdir.

Dövlətimizin başçısının rəhbərliyi ilə bütün sahələrdə quruculuq işləri aparılır”, - deyə Ə.Əhmədov əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi