hia.az
hia.az

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə intellektual bilik yarışı təşkil olunub

228 dəfə baxılıb 23-12-2018, 16:17

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə intellektual bilik yarışı təşkil olunubAzərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ilə birgə intellektual bilik yarışı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, müstəqilliyi uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, dövlət himninin oxunması ilə başlayıb.

C.Naxçıvanski adına Hərbi Liseyin rəisi, general-mayor Bəkir Orucov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, XX əsrin sonlarında xalqımızın ikinci dəfə müstəqilliyinə qovuşması, ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə gəldikdən sonra müstəqilliyimizi daha da möhkəmləndirməsi yolunda gördüyü işlərdən danışıb. O, həmçinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə, o cümlədən ordu quruculuğu sahəsində həyata keçirilən islahatlarla bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə kursantların ifasında Azərbaycan Xalq Cümhuriyyətinin generalının xidmət yolları haqqında teatrlaşdırılmış səhnəciklər təqdim edilib, Silahlı Qüvvələrin inkişaf mərhələlərini əks etdirən videoçarx nümayiş olunub.

Sonra “Açıq qapı - açıq fikir” layihəsi çərçivəsində kursantlar arasında intellektual bilik yarışı keçirilib. Qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Tədbir “Azərbaycan Xalq Cümhuriyyəti - 100” mövzusunda şəkil, plakat, rəsm əsərləri və kitablardan ibarət sərginin nümayişi ilə başa çatıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi