hia.az
hia.az

Qəhrəman Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib

291 dəfə baxılıb 23-12-2018, 16:17

Qəhrəman Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, dekabrın 22-də əfsanəvi partizanın abidəsi önündə anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə nazirliyin şəxsi heyətinin bir qrupu, qəhrəman döyüşçünün ailə üzvləri, xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev fəxri qarovulun müşayiəti ilə abidə önünə əklil qoyub.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, ehtiyatda olan polkovnik Abdulla Qurbani tədbirdə çıxış edərək qəhrəmanın şərəfli həyat yolu haqqında ətraflı məlumat verib, onun göstərdiyi şücaətdən danışıb.

Mehdi Hüseynzadənin ailə üzvləri adından çıxış edən Mehdi Əzizbəyov qəhrəman döyüşçünün xatirəsinə göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
DÜNYA
TƏQVİM
«    Ekim 2025    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi